Erməni terroru nəticəsində evlərini itirən Qarayevlər ailəsi - "Məktəbə sığınmışıq..."
26 oktyabr 2020 19:32 (UTC +04:00)

Erməni terroru nəticəsində evlərini itirən Qarayevlər ailəsi - "Məktəbə sığınmışıq..."

Erməni ordusunun yaşayış sahələrinə hücumu bir çox mülki vətəndaşı da yerində didərgin saldı. Evlərini itirənlər arasında Qarayevlər ailəsi də var. 5 nəfərlik ailə övladları Nigarın təhsil aldığı məktəbə sığınıb.

Türkiyə mətbuatı bu ailədə olub və reportaj hazırlayıb.

Lent.az həmin reportajı təqdim edir:

Nigar üçün həmişəki kimi adi bir gün... Məktəb həyətində dostları ilə vaxt keçirdikdən sonra dərs hazırlamaq üçün sinif otağına yollanır. Qələmi əlində, bütün diqqəti yazı taxtasında. Nigardan uzaqlaşarkən bu sinfin fərqli bir məqsəd üçün istifadə edildiyi başa düşülür.

5 nəfərlik ailə Nigarın oxumalı olduğu məktəbdə yaşayır. Səbəb Ermənistanın terror hücumlarıdır. Qaçmağa məcbur olduqları Ağdam torpaqlarının 80 faizi işğal altındadır.

Anası Qərənfil Qarayeva deyir ki, Ermənistan uşaqların gələcəyini məhv edir.

"Yol kənarında qaldıq. Sonra buraya gəldik və sığındıq. Bu otaqda 5 nəfərik. Bura məktəb otağıdır". 

Əmisi Asəf Qarayev də könüllü olaraq cəbhəyə gedib. Ailənin ürəyi indi əsgərləri üçün döyünür. Qərənfil Qarayeva deyir:

"Biz olmasaq da, gələcəkdə uşaqlarımız yenidən Qarabağa getməlidir. Bütün Azərbaycan xalqı əsgərlərin arxasında dayanır".

30 ildir cəbhə xəttində yaşayan insanları heç bir şey qorxutmur. Qərənfil Qarayeva hislərini bu sözlərlə izah edir:

"Nə atsalar da, heç bir mənası yoxdur. Biz Ermənistan cəbhəsinin qarşısında yaşayırıq. Heç vaxt qorxmuruq. Qorxmayacağıq. Yalnız öz doğma torpaqlarımızı istəyirik. Qarabağı istəyirik. Qarabağsız Azərbaycan yoxdur. Qardaşım da daxil olmaqla bir çox şəhidimiz olsa da, yalnız Qarabağa gedənə qədər..."

Gün başa çatır, Nigar işıqlı bir səhərə oyanmaq üçün gözlərini yumur. Təkcə bu məktəbdə Nigarla eyni taleyi paylaşan onlarla ailə var, hər sinif nəfəs alır. Divardakı şəkillər, partalar şagirdlərə məxsus olsa da, soba üzərində çay dəmlənir. Analar yeməkləri partalardan düzəltdikləri mətbəxlərində hazırlayırlar. Heç bir çətinlik qorxutmur, düşməni güldürmürlər. Onların gecəsini Qarabağda hilal kimi sancılan bayraqlar işıqlandırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290

Oxşar yazılar

Bakı restoranlarında iftar qiymətləri-VİDEO

Bakı restoranlarında iftar qiymətləri-VİDEO

9 mart 2025 , 01:40
Ramazan ayının 9-cu gününün DUASI

Ramazan ayının 9-cu gününün DUASI

8 mart 2025 , 22:00
Azanın sədaları altında küçələri təmizləyən  qadın: "Bizə heç olmasa, bir salam verin" -VİDEO

Azanın sədaları altında küçələri təmizləyən qadın: "Bizə heç olmasa, bir salam verin" -VİDEO

8 mart 2025 , 21:53
8 Mart Bakıda tıxac yaratdı

8 Mart Bakıda tıxac yaratdı

8 mart 2025 , 16:19
Bakıda 8 Mart həyəcanı - FOTOLENT

Bakıda 8 Mart həyəcanı - FOTOLENT

8 mart 2025 , 15:28
Bakının əksər yollarında tıxac var - SİYAHI

Bakının əksər yollarında tıxac var - SİYAHI

8 mart 2025 , 14:50
Sabah 20 dərəcə isti  olacaq - PROQNOZ

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

8 mart 2025 , 12:02
Dünyanın  ən zəngin   25 ailəsi

Dünyanın ən zəngin 25 ailəsi

8 mart 2025 , 11:42